Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Çalhanoğlu qərarını açıqladı
 
						Çalhanoğlu qərarını açıqladı
Əlavə olunub: 07.24.2025 | 04:13 | Baxılıb: 2676
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubdan ayrılacağı barədə məlumatlara münasibət bildirib.

“love.az” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir, Türkiyə millisinin üzvü Milan təmsilçisində xoşbəxt olduğunu və başqa komandaya keçməyəcəyini deyib: 

“İnter”də xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm. Məqsədim burada, bu klubla titullar qazanmaqdır”.

Türkiyəli futbolçu komanda yoldaşı Lautaro Martinez ilə də yaşadığı mübahisəyə aydınlıq gətirərək, aralarındakı problemin həll olunduğunu bildirib.

Qeyd edək ki, mətbuatda Hakanla “Qalatasaray”ın marqlandığı, hətta klubun futbolçu ilə danışıqlara başladığı deyilirdi. 

Əlavə edək ki, ötən mövsüm 31 yaşlı Çalhanoğlu bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.