Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 20:07 | Baxılıb: 3447
ABŞ Prezidenti Donald Tramp HƏMAS-a sonuncu xəbərdarlıq edib.

“love.az” xəbər verir ki, bu barədə o, “Truth Social” hesabındakı paylaşımında bildirib.

Prezident qeyd edib ki, HƏMAS-a razılaşmaya gəlmək üçün Vaşinqton vaxtı ilə bazar günü axşam saat 18:00-a (Bakı vaxtı ilə bazar ertəsi gecə 02:00-a qədər) vaxt verib.

“Əgər HƏMAS sonuncu şansla razılaşmasa, onlar heç kimin görmədiyi cəhənnəmlə qarşılaşacaqlar”.

Bundan başqa, ABŞ Prezidenti 2023-cü il oktyabrın 7-dən bəri 25 mindən çox HƏMAS üzvünün məhv edildiyini, qalanlarının isə mühasirədə saxlanıldığını iddia edib. Qəzzada yaşayan mülki şəxslərə müraciət edən ABŞ lideri həm də onların “daha təhlükəsiz bölgələrə köçməsini” tövsiyə edib.

Xatırladaq ki, bir gün öncə İsrailin Baş naziri Benyamin Netanyahu da Trampın 20 maddəlik Qəzza planını qəbul etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.