Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu
 
						Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu
Əlavə olunub: 08.15.2025 | 20:41 | Baxılıb: 939
Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “love.az”ya bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.