Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir cüdoçumuz Avropa çempionu oldu
 
						Daha bir cüdoçumuz Avropa çempionu oldu
Əlavə olunub: 04.27.2024 | 21:16 | Baxılıb: 2578
Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 kq.) Avropa çempionu olub.

“love.az” xəbər verir ki, turnir boyu Elcan Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb.

Qeyd edək ki, o, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb.

Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub. Elcan Hacıyevi və bütün cüdo həvəskarlarını bu möhtəşəm qələbə münasibətilə təbrik edirik!

Xatırladaq ki, ötən gün Hidayət Heydərov da Avropa çempionu titulunu qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.