Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.12.2025 | 18:18 | Baxılıb: 1335
Hindistan və Pakistanın hərbi rəhbərləri telefon vasitəsilə ölkələr arasında razılaşdırılmış atəşkəs rejimini müzakirə edib və danışıqları davam etdirməyə razılaşıblar.

“love.az” xəbər verir ki, bu barədə “News18” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət zamanı hərbi liderlər beynəlxalq sərhəd və nəzarət xəttində atəşkəs rejiminin şərtlərini, pilotsuz uçuş aparatları məsələlərini müzakirə ediblər.

Danışıqların növbəti tarixi yaxın vaxtlarda açıqlanacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.