Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.06.2025 | 08:20 | Baxılıb: 1320
Daşkəsəndə iki nəfər bıçaqlanıb.

“love.az” xəbər verir ki, rayon sakini orta yaşlı Asəf İsmayılov və 2010-cu il təvəllüdlü Cəsarət Ələkbərov bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə gətirilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

***

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Elgün Məmmədov və 18 yaşlı Zamin Rzazadə saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.