Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.09.2025 | 15:00 | Baxılıb: 5560
Daxili qoşunların struktur forması dəyişir.

“love.az” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. 

Bu Qanunun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublika 1994-cü il 8 fevral tarixli 781 nömrəli Qanununun ləğv edilməsi təklif edilir.

Bununla yanaşı, qüvvədə olan Qanunda daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.