Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.22.2025 | 00:10 | Baxılıb: 7189
Roma Papası Fransiskin dəfni ilə bağlı vəsiyyəti açıqlanıb.

“love.az” xəbər verir ki, bu barədə “Vatican News” pontifik vəsiyyətinə istinadən məlumat yayıb.

Belə ki, Papa Romadakı Santa Maria Maggiore bazilikində sadə bir məzarda dəfn edilməsini istəyib.

“Qəbrimin əlavə planda göstərildiyi kimi, Pauline kapellası ilə Sforza kapellası arasındakı bazilikin yan koridorunda hazırlanmasını xahiş edirəm. Məzar torpaqda, sadə, heç bir xüsusi bəzək olmadan, yalnız bir yazı ilə olmalıdır: Fransisk”, - vəsiyyətdə qeyd olunub.

Xatırladaq ki, Roma Papası bu gün səhər saatlarında iqamətgahında vəfat edib. Onun  komaya və ürək dayanmasına səbəb olan insultdan öldüyü bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.