Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 14:42 | Baxılıb: 2415
Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

“love.az” xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Xızının Giləzi qəsəbəsindən zəhərlənmə şübhəsi ilə 06.09.2025-ci il tarixində saat 20:50 radələrində Xızı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.

Onlara ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 1 nömrəli Xəstəxanaya təxliyə olunublar.

Eyni qəsəbədən daha 4 nəfər (qadın cinsli) isə zəhərlənmə şübhəsi ilə özü 1 nömrəli Xəstəxanaya müraciət edib.

Onların hər birinə Yoluxucu xəstəliklər şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.