Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.17.2025 | 12:20 | Baxılıb: 3507
Almaniya Bundestaqının (birpalatalı parlament) iclası zamanı qeyri-adi hadisə qeydə alınıb.

“love.az” “Bild”ə istinadən xəbər verir ki, parlamentin “Sol” partiyasından deputatı Marsel Bauer qanunverici orqanın iclasına başında beretlə qatılıb.

33 yaşlı deputatın bu addımı onun 53 yaşlı həmkarı və Bundestaqın vitse-sədri Andrea Lindholtsun etirazına səbəb olub. O, Bauerdən bereti çıxarmağı tələb edib. 

Deputat bu tələbə etiraz etdikdə isə, o, zaldan çıxarılıb. Bauerin iclas zalından çıxarılması digər deputatların etirazına səbəb olub. 

Qeyd edək ki, Bundestaqda yalnız dini səbəblərə görə və yaxud sağlamlıqla əlaqədar zəruri hallarda baş geyimi taxmağa icazə verilir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.