Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Derbidən qalib ayrılan “Fənərbaxça” oldu
 
						Derbidən qalib ayrılan “Fənərbaxça” oldu
Əlavə olunub: 04.27.2024 | 23:27 | Baxılıb: 3149
Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

“love.az” xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

İstanbul derbisi “Fənər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.

Qonaqlardan isə 82-ci dəqiqədə Cenk Tosun hesabı dəyişib.

Günün digər matçlarında isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşiiər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, hazırda “Qalatasaray” 93 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 89 xalla ikinci pillədə qərarlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.