Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.17.2025 | 23:00 | Baxılıb: 2540
“Grammy” mükafatlı reper Kardi Bi dördüncü dəfə ana olacaq.

“love.az” xəbər verir ki, o, bu haqda “CBS Mornings” verilişində danışıb.

Belə ki, ulduz müğənni “Patriots”un oyunçusu Stefon Diggs ilə körpəsini gözlədiyini açıqlayıb.

Kardi, “Özümü yaxşı bir yerdə hiss edirəm. Çox güclü, çox xoşbəxt və çox həyəcanlıyam. İşimə və ana olmağa davam edirəm. Karyeramızda eyni mərhələdəyik, bir-birimizə çox dəstək veririk”, - deyib.

Qeyd edək ki, Kardi Stefon Diggs ilə bu ilin iyun ayında sevgili olub. Onun 2017-ci ildə ailə qurduğu reper Offsetdən 3 övladı var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.