Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.09.2025 | 23:00 | Baxılıb: 1244
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə baş verən 4 oktyabr hadisələrinə münasibət bildirib.

“love.az” xəbər verir ki, bu barədə parlamentari “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, həmin gün ölkədə dövlət çevrilişi xaricdən planlaşdırılıb və maliyyələşdirilib:

“4 oktyabrda dövlət çevrilişi xaricdən planlaşdırılıb, maliyyələşdirilib və təşkil olunub. Hadisəni yerli radikallar həyata keçirib, xarici təşkilatçılara məsuliyyətdən yayınmaq imkanı yaradılıb”.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən sonra paytaxt Tbilisidə iğtişaşlar baş vermişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.