Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 00:57 | Baxılıb: 5481
Dubay şahzadəsi Şahika Mahra amerikalı reper Frenç Montana ilə nişanlanıb.

“love.az” xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Məlumata görə, nişan hələ iyun ayında Paris Moda Həftəsi zamanı baş tutub.

Ötən gün isə Mahra instaqram hesabında barmağında üzüklə əlinin fotosunu paylaşaraq nişanlandıqlarını rəsmən açıqlayıb.

Qeyd edək ki, cütlük münasibətlərini gizlətməyib. Belə ki, 2024-cü ildən reper şahzadə ilə Dubay və Mərakeşdə məscid və restoranlarda, Parisdəki “Pont des Arts”da, səhrada dəvə gəzintisində də görüntülənib.

Xatırladaq ki, Mahra ötən il xəyanətə görə boşandığı ərinin şərəfinə ətir markası yaratmışdı.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.