Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
DYP-dən aşan yük maşınları ilə bağlı müraciət - Video
 
						DYP-dən aşan yük maşınları ilə bağlı müraciət 
							 - Video
Əlavə olunub: 07.23.2025 | 11:28 | Baxılıb: 1323
Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir.

“love.az” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı müraciətdə bildirilib.

Qeyd edilib ki, ağır fəsadlarla müşayiət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.

“Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq bir daha sürücülərə, yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadalanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.

Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!”, - deyə müraciətdə vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.