“love.az” axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər “Həmin Zaur” verilişində deyib.
O bildirib ki, Ədalətdən pul götürdüyü üçün özünü pis hiss edib: “Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir? Yəqin elə bilir ki, kasıbam, çox pis vəziyyətdəyəm. Bir gün haradasa oturmuşduq. Ədalət məni yanına çağırdı. Əlini də cibinə salmışdı. Dedim ki, çox xahiş edirəm, mənə daha pul verməyin. Soruşdu ki, “Niyə?” Cavab verdim ki, özümü çox pis, diskomfort hiss edirəm”.