
“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb.
Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.