Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.25.2025 | 13:07 | Baxılıb: 11586
Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu deyib.

“love.az” xəbər verir ki, o, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.

L.Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.

Məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxladıq. O, videodakı xanımla bağlı aşağıdakıları bildirdi:

“Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”

Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.