“love.az” xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, istintaqa səbəb onun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi sözlərdir:
“CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Hörmət həddini bu sözlər 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq-aşkar hücumdur.
Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz dil artıq sadəcə üslub məsələsi deyil.
Millətimiz əvvəllər də olduğu kimi böhtanla məşğul olanlara yol verməyəcək”.