Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2025 | 02:10 | Baxılıb: 3630
Ankara Hüquq Məhkəməsi müxalif Səadət Partiyasının keçmiş sədri Temel Karamollaoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə 70 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.

“love.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat yayıb.

“Təməl Karamollaoğlunun 2024-cü il fevralın 22-də televiziya kanalında Prezidentin guya mərhum “Nəcməddin Ərbakanı həbs etdirməyə və evini polislə mühasirəyə alaraq onu gözdən salmağa çalışdığı” iddiası ilə bağlı məhkəmə prezidentimizin xeyrinə qərar verib”, - vəkil bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.