Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan ondan 1 milyon təzminat istəyir
 
						Ərdoğan ondan 1 milyon təzminat istəyir
Əlavə olunub: 08.14.2025 | 17:00 | Baxılıb: 1694
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

“love.az” xəbər verir ki, bu barədə məlumatı Ərdoğanın vəkili Hüseyin Aydın “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, Özəlin məhkəməyə verilməsinə səbəb onun avqustun 13-də Bayrampaşada təşkil olunan mitinq zamanı və eyni gün Marmara həbsxanasının çıxışında mətbuata açıqlamaları zamanı Türkiyə liderini hədəf alan ifadələrə yol verməsi olub.

Bildirilib ki, Türkiyə lideri Özəl barəsində 1 milyon lirəlik (təqribən 42 min manat) mənəvi təzminat iddiası qaldırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.