Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Starmerlə nə danışdı?
 
						Ərdoğan Starmerlə nə danışdı?
Əlavə olunub: 08.04.2025 | 22:18 | Baxılıb: 973
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.

“love.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Baş nazirin diqqətinə Qəzzada humanitar vəziyyətin kritik həddə olduğunu da çatdırıb. 

O, Türkiyənin Qəzzaya davamlı olaraq humanitar yardım göndərdiyini və vasitəçilərin bölgədə atəşkəsə nail olmaq üçün səylərini dəstəklədiyini bildirib.

Türkiyə Prezidenti İngiltərə Baş nazirinə Fələstin dövlətinin tanınması ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.