“love.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda əldə olunan irəliləyişlərdən danışaraq bu görüşlərin hər üç raundunun İstanbulda baş tutduğuna diqqəti çəkib.
Ərdoğan vurğulayıb ki, Türkiyə liderlərin zirvə toplantısına ev sahibliyi etməyə hazırdır və hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması sammit görüşünə zəmin yaradacaq.
O, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini də dilə gətirib.