Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğanın Ukraynaya səfəri barədə rəsmi açıqlama
 
						Ərdoğanın Ukraynaya səfəri barədə rəsmi açıqlama
Əlavə olunub: 08.06.2025 | 20:01 | Baxılıb: 3237
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri hələlik planlaşdırılmır”. 

“love.az” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Qeyd edək ki, avqustun 4-də Ərdoğanın Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Ukrayna lideri Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcəyi barədə xəbər yayılıb.

Daha sonra Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Türkiyə liderinin Kiyevə səfəri ilə bağlı məlumatları təkzib edib. 

O qeyd edib ki, belə bir səfərin təşkili istiqamətində iş gedir, lakin hazırda təsdiqlənməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.