Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 10:01 | Baxılıb: 9873
Ermənistan XİN-in dövlətə xəyanətdə ittiham olunan əməkdaşı Aşxen Arakelyanın işi üzrə ilkin istintaq tamamlanaraq məhkəməyə göndərilib. 

“love.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən “Sputnik Ermənistan” yayıb. 

İddiaya görə, XİN əməkdaşı vacib məlumatları sevgi münasibətləri yaşadığı Azərbaycan vətəndaşına ötürüb.

Xatırladaq ki, Ermənistanın Avstriyadakı konsulu olduğu bildirilən A.Arakelyan bu ilin iyununda İrəvanın “Zvarnots” aeroportunda saxlanılıb. Lakin hadisə ilə bağlı məlumat avqust ayında açıqlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.