Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistan hərbi təlimə hazırlaşır
 
						Ermənistan hərbi təlimə hazırlaşır
Əlavə olunub: 08.02.2025 | 17:15 | Baxılıb: 2178
Ermənistan ABŞ-lə birgə hərbi təlim keçirəcək.

“love.az” Ermənistan KİV-nə istinadən xəbər verir ki, avqustun 12-dən 20-dək Ermənistanda “Qartal tərəfdaşı 2025” adlı Ermənistan-ABŞ birgə təlimi keçiriləcək. 

Təlimdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti,  ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadası və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcəklər.

Təlimdə əsas diqqət tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı əməliyyatların hazırlanması və icrasına yönəldiləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.