Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Etopaz” jurnalistlərlə veteranlar arasında yubiley matçı keçirdi - Fotolar
 
						“Etopaz” jurnalistlərlə veteranlar arasında yubiley matçı keçirdi 
							 - Fotolar
Əlavə olunub: 07.21.2025 | 16:08 | Baxılıb: 424
“Etopaz”ın baş sponsorluğu, Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileylərinə həsr olunmuş yubiley matçı keçirilib.

“love.az” xəbər verir ki, görüşdə idman jurnalistlərindən ibarət komanda tanınmış futbol veteranlarından qurulmuş yığma ilə üz-üzə gəlib.

Komandalar şərti olaraq “Əkinçi” və “Futbol+” adlanıb.Jurnalistlərdən ibarət yığma "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin baş məşqçiliyi ilə meydana çıxıb.

Sabir Hacıyevin baş hakimi olduğu oyun 7:7 hesabı ilə başa çatıb.

Jurnalistlərdən Emin Abbasov, Mirbağırağa Cəfərli, Nurani İsgəndərov (4), Xanoğlan İmanov veteranlardan Samir Ələkbərov, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov (2), Vaqif Cavadov (2) fərqlənib. 

Dostluq şəraitində keçən yubiley matçının sonunda AİJA prezidenti Eldar İsmayılov, “Olimpiya Dünyası" qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyləri münasibətilə hazırlanmış xatirə medalları və digər hədiyyələri təqdim edib.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.