
“love.az"in əldə etdiyi xəbərə görə, Ələt qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçən iki piyadanı vurub.
Qəza zamanı ölənlər 45 yaşlı Salyan sakini Anar Həsənqulu oğlu Bayramov və 1956-cı il təvəllüdlü Həsənli kənd sakini Manafov Mehdiqulu Allahyar oğludur.
Hadisə onlar işdən qayıdarkən baş verib. Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı