“love.az” xəbər verir ki, hazırda qarşılaşmada “ay-ulduzlular” 4:1 hesabı ilə öndədir.
Qeyd edək ki, oyunu tribunadan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənclik və İdman naziri Osman Aşkın Bak və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili birgə izləyir.
Xatırladaq ki, liderlərin hər ikisinin futbol keçmişi olub. Belə ki, Rəcəb Tayyib Ərdoğan gənclik illərində “Kasımpaşa” klubunun heyətində futbol oynayıb və uzun illər yarıpeşəkar səviyyədə çıxış edib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə vaxtilə “Dinamo Tbilisi”nin yetirməsi olub, həmçinin “Mançester Siti” və “Bazel” kimi klublarda da çıxış edib.
***
Oyun Türkiyə millisinin 4:1 qələbəsi ilə yekunlaşıb.