Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.24.2025 | 11:20 | Baxılıb: 9341
Xəbər verdiyimiz kimi, dünən İstanbulda ard-arda bir neçə zəlzələ baş verib. Zəlzələ anı ölkədə yayımlanan bir neçə proqramın canlı yayımına təsadüf edib və efir zamanı aparıcıların soyuqqanlı davranmasının görüntüləri sosial şəbəkələrdə gündəm olub. Onlardan biri də efir prodüserindən anasına zəng etməsini xahiş edən “CNN türk”ün aparıcısı Meltem Bozbeyoğlu olub.

“love.az"in məlumatına görə, M.Bozbeyoğlu və sözügedən efir prodüseri Şilan Bozyurt dünən baş verənlərdən danışıb.

Çalışdıqları kanalda bir verilişə qatılan Bozyurt bildirib ki, aparıcının istəyini yerinə yetirməzdən əvvəl efirlə bağlı hər şeyin qaydasında olduğuna əmin olmağa üstünlük verib. Bundan sonra isə öncə öz anasına, daha sonra isə Bozbeyoğlunun anasına zəng edərək vəziyyətləri ilə maraqlanıb: “İlk olaraq öz anama zəng etdim, sonra isə Meltem nömrəni göndərdikdə onun anası ilə əlaqə saxladım”.

Aparıcı, həmçinin zəlzələ zamanı anasının efiri izləmədiyini, ümumilikdə hadisə səbəbindən çox həyəcan keçirdiyini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.