“love.az” xəbər verir ki, dünən keçirilən “Əl İttihad”la yoldaşlıq oyunundan sonra mütəxəssis Çempionlar Liqasının Liqa mərhələsinə düşməklə bağlı verilən sualı bu cür cavablandırıb:
“Biz reallıqdan danışmalıyıq. Çempionlar Liqasına getsək, maliyyə baxımından əla olardı. Amma uğur qazanmaq üçün “Fənərbaxça” Avropa Liqası komandasıdır”.
Qeyd edək ki, Türkiyə təmsilçisi Çempionlar Liqasına 3-cü təsnifat mərhələsindən qatılacaq və Hollandiya klubu “Feyenord” ilə üz-üzə gələcək.