Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.29.2025 | 18:43 | Baxılıb: 2396
“Forbes” jurnalı dünyanın ən zəngin sənətçisinin adını açıqlayıb.

“love.az” xəbər verir ki, onun məşhur reper Jay-Z (əsl adı Şon Karter) olduğu məlum olub.

Karterin sərvəti 2,6 milyard dollar olaraq qiymətləndirilir.

Nəşr qeyd edib ki, 2019-cu ildə hip-hopun ilk milyarderi olduqdan sonra Jay-Z gəlirli içki biznesi sayəsində sərvətini iki dəfədən çox artırıb. 2021-ci ildə spirt nəhəngi LVMH, Armand de Brignac şampan evinin 50%-ni alıb.

Onun digər aktivlərinə Jan-Mişel Baskiyanın əsərləri, “Blockchain” və “Uber”dəki paylar daxil olmaqla sənət kolleksiyası daxildir.

Qeyd edək ki, Ş. Karter 2022-ci ildə musiqi üzrə “Emmi” mükafatını qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.