Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fransanın nüvə sirləri oğurlandı
 
						Fransanın nüvə sirləri oğurlandı
Əlavə olunub: 07.29.2025 | 05:12 | Baxılıb: 1067
“Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti “Naval Group”un daxili məlumatlarına giriş əldə edib.

“love.az” xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb.

Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları daxildir.

Kibercinayətkarlıq üzrə ekspert Klement Domiqo bu məlumatların onlayn yayımlandığını təsdiqləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.