Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Füzuli və Xocavənddə də yanğın başladı
 
						Füzuli və Xocavənddə də yanğın başladı
Əlavə olunub: 07.23.2025 | 17:40 | Baxılıb: 1822
Füzuli və Xocavənda da yanğın başlayıb.

“love.az” xəbər verir ki, yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində başlayıb. Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.