Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gecə 3-də törədilmiş qətllə bağlı - Rəsmi açıqlama
 
						Gecə 3-də törədilmiş qətllə bağlı 
							 -  Rəsmi açıqlama
Əlavə olunub: 07.12.2025 | 11:09 | Baxılıb: 3762
Sumqayıt Şəhər Prokurorluğu gecə saatlarında törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“love.az” prokurorluğa istinadən xəbər verir ki, iyulun 12-si gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.