Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 09:20 | Baxılıb: 1832
Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.

“love.az” xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü E.Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.

***

Oxşar hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində baş verib.

17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.