Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 09:19 | Baxılıb: 4837
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“love.az” xəbər verir ki, 25 yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisə toy məclislərinin birində qeydə alınıb.

***

DİN-in Gəncə regional qrupundan bildirilib ki, hadisə polis əməkdaşları tərəfindən araşdırılır.

Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülür. Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir.

***

Polisin keçirdiyi tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.