Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ana və nənəsinin qətlinə görə 15 yaşlı oğlan saxlanıldı - Yenilənib
 
						Ana və nənəsinin qətlinə görə 15 yaşlı oğlan saxlanıldı 
							 - Yenilənib
Əlavə olunub: 07.25.2025 | 09:46 | Baxılıb: 8480
Goranboyda qətl törədilib.

“love.az” Goranboy Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyulun 25-i saat 02 radələrində baş verib.

Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.