Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Güclü yanğın baş verən ərazilərdə minalar partladı - Video - Yenilənib
 
						Güclü yanğın baş verən ərazilərdə minalar partladı 
							 - Video - Yenilənib
Əlavə olunub: 07.22.2025 | 22:14 | Baxılıb: 7864
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

“love.az"in məlumatına görə, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyir.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.

***

Əldə etdiyimiz məlumata görə, yanğın baş verən ərazilərdə ardıcıl olaraq 3 dəfə mina partlayışı baş verib. Hazırda yanğının söndürülməsi prosesi davam edir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***

Ağdamın yanğın baş verən kəndlərində olan yanğının çox hissəsi söndürülüb. 

Hazırda yanğın əsasən rayonun Qalayçı kəndi istiqamətində olan yüksəklik ərazidə davam edir. 

Yanğınsöndürənlər yanğının söndürülməsi işini davam etdirir. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Ziya Əmirxanlı



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.