Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.04.2025 | 22:12 | Baxılıb: 1691
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mitinq zamanı baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

“love.az” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze axşam saatlarında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin polis əməkdaşına hücum, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırış, qrup şəklində zorakılıq, habelə strateji və ya xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və ya bloklamağa cəhd maddələri ilə cinayət işi başlanıb.

Daraxvelidze qeyd edib ki, hüquq-mühafizə orqanları qanunsuz əməl törətmiş bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri prosessual və istintaq hərəkətlərini həyata keçirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.