Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2025 | 11:03 | Baxılıb: 1747
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

“love.az” “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq.

Bildirilir ki, Varşavada keçiriləcək görüş Türkiyə ilə Avropa İttifaqı arasında dialoq kanallarının gücləndirilməsi və Türkiyənin Aİ-yə üzvlük prosesi daxil olmaqla ikitərəfli əlaqələrdə konkret addımların atılması baxımından əhəmiyyətlidir.

İclasda Avropanın xarici və təhlükəsizlik siyasətində mövcud problemlərin, xüsusilə də hibrid təhdidlərə qarşı dayanıqlığın artırılmasının müzakirə ediləcəyi gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.