Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.19.2025 | 07:20 | Baxılıb: 918
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

“love.az” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib. 

H. Fidan Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı hücumun regional sülh səylərinə zərbə vurduğunu bildirib. Türkiyə XİN başçısı terror təşkilatlarının Suriyanın cənubundakı vəziyyətdən sui-istifadə etməsinə qətiyyən icazə verilməyəcəyini əlavə edib.

Telefon danışığı zamanı, həmçinin Qəzzadakı vəziyyət və atəşkəs danışıqlarında əldə olunan irəliləyiş də müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.