Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həbsdə arıqlayıb 37 kq oldu, azadlığa buraxıldı
 
						Həbsdə arıqlayıb 37 kq oldu, azadlığa buraxıldı
Əlavə olunub: 04.26.2024 | 17:02 | Baxılıb: 5107
Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Nihal Candan azadlığa buraxılıb.

“love.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, səhhətində yaranan problemlərə görə arıqlayaraq 37 kiloqrama düşüb. Həkimlər onun həbsxanada müalicəsinin davam etdirilə bilməyəcəyi ilə bağlı rəy verdikdən sonra azadlığa buraxılmasına qərar verilib.

Məlumata görə, daha əvvəl anoreksiyadan əziyyət çəkən və müalicə alan Candan həbsinə etiraz olaraq yemək yeməyib və nəticədə də sürətlə çəki itirib. Bununla da o, psixoloji problemlər yaşamağa başlayıb.

Qeyd edək ki, Bahar Candan və Nihal Candan bacıları 2023-cü ilin noyabrın 14-ü saxlanılıblar, noyabrın 16-sı isə həbs ediliblər.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.