Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həbsi üçün tarixi mükafat təyin olundu
 
						Həbsi üçün tarixi mükafat təyin olundu
Əlavə olunub: 08.08.2025 | 07:41 | Baxılıb: 6384
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı məlumat verən şəxsə 50 milyon dollar ödəyəcək.

“love.az” xəbər verir ki, bu haqda Birləşmiş Ştatların baş prokuroru Pam Bondi sosial mediada paylaşım edib.

“Ədliyyə Departamenti və Dövlət Departamenti bu gün Nikolas Maduronun həbsinə aparan məlumatlara görə tarixi 50 milyon dollar mükafat elan edəcəklərini açıqladı”, - Bondi deyib.

Bondi sosial şəbəkədə paylaşdığı videoda Maduronu “Tren de Aragua” və “Sinaloa Karteli” kimi cinayət təşkilatları ilə əməkdaşlıqda ittiham edib.

ABŞ daha əvvəl Maduro ilə bağlı məlumat üçün 25 milyon dollar mükafat təklif etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.