Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.04.2025 | 06:15 | Baxılıb: 1496
HƏMAS nəzarətində olan bütün israilli girovların azad edilməsi üçün qarşılıqlı saziş bağlamağa hazır olduğunu bəyan edib.

“love.az” xəbər verir ki, bu haqda radikallar teleqram kanalında bəyanat yayıb.

Bunun müqabilində qruplaşma Qəzzada müharibənin dayandırılmasını, İsrail qüvvələrinin ərazidən tamamilə çıxarılmasını, humanitar yardım üçün sərhəd keçidlərinin açılmasını və Qəzzanı idarə edəcək müstəqil administrasiyanın yaradılmasını tələb edib.

İsrail tərəfi isə onların bu təklifinə cavab kimi HƏMAS-ın tərksilah və tam təslim olduğu halda belə bir razılaşmaya baxılacağını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.