Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.19.2025 | 14:41 | Baxılıb: 3456
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.

“love.az” Lent.az-a istinadən xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Mətbuat katibi vəzifəsindən ayrılan F. Əliyevin hazırda fəaliyyətinə hərbi prokurorun böyük köməkçisi kimi davam etdiyi bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.