Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 10:07 | Baxılıb: 1532
Paytaxtın mərkəzi yollarından olan Heydər Əliyev prospektində avtomobil daşıyan yük maşınının təhlükəli manevr etməsini əks etdirən görüntülər yayılıb.

“love.az” xəbər verir ki, gecə saatlarında qeydə alınmış görüntülərdə yük maşınının dönməkdə çətinlik çəkməsi və köməkçi yolu kəsərək bardürə çıxması, daha sonra öz yoluna keçməsi əks olunub.

Yol polisindən bildirilib ki, hadisə vaxtı DYP əməkdaşları orada olublar və təhlükəsizliyi təmin ediblər. Belə ki, dönməkdə çətinlik çəkən yük avtomobilinin sıxlıq yaratmaması üçün onun bu formada manevr edərək hərəkətə davam etməsinə şərait yaradılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yük maşınının yolda hərəkəti məhdudlaşdırması 16 dəqiqə davam edib və sıxlığa səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.