Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hidayət Heydərov dördqat Avropa çempionu oldu
 
						Hidayət Heydərov dördqat Avropa çempionu oldu
Əlavə olunub: 04.26.2024 | 20:50 | Baxılıb: 2016
Aprelin 26-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.

“love.az” xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.