Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Husilər İsrailə zərbələr endiriblər
 
						Husilər İsrailə zərbələr endiriblər
Əlavə olunub: 08.13.2025 | 01:45 | Baxılıb: 810
Yəmənin “Ənsar Allah”  (husilər) hərəkatının tərəfdarları altı pilotsuz uçuş aparatı ilə İsraildə dörd hədəfə hücum edib. 

“love.az” xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmən silahlı qüvvələrinin pilotsuz uçuş aparatları Hayfa, Negeva, Umm əl-Rəşraş və Beər Şeva bölgələrində İsrailin dörd mühüm hədəfini vurub”, - deyə teleqram kanalında bildirib. 

Xatırladaq ki, bundan əvvəl “Ənsar Allah” hərəkatının nümayəndələri hipersəs ballistik raketdən istifadə etməklə İsrailin hədəflərinə, o cümlədən Təl-Əvivdəki hava limanına zərbələr endirdiklərini bəyan etmişdilər. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.