Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaq tikiləcək
 
						“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaq tikiləcək
Əlavə olunub: 07.25.2025 | 13:21 | Baxılıb: 1985
Bakı metrosunun “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.

“love.az” modern.az-a istinadən xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin “Yüksel proje” şirkəti tərəfindən icra ediləcək.

Qeyd edək ki, ötən gün şirkətlə “Bakı Metropoliteni” arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.